YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahmar Mövsümov: Dövlət Neft Fondunun gəlirləri proqnozlardan xeyli çox olacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il üçün gəlirləri proqnozlardan xeyli çox olacaq. Bunu Trend-ə Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, cari ilin əvvəlində Dövlət Neft Fondunun büdcəsinə dəyişiklik edildi və büdcə neftin bir barelinin qiyməti 25 dollardan nəzərə alınmaqla hesablandı: “Ancaq il ərzində neftin bir barelinin orta qiyməti 42 dollardan yüksək olub. Ona görə də bizim gəlirlərimiz proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə çox olacaq”.

ARDNF-də manat kütləsinin yaranması məsələsinə gəlincə, Ş.Mövsümov qeyd edib ki, Fond qrafikə uyğun olaraq dövlət büdcəsinə köçürmənin tam təmin edilməsi məqsədilə valyuta hərraclarında valyuta satışını davam edirir: “Lakin büdcəyə həmin mütəmadiliklə manat ehtiyacı olmadığından bizdə müəyyən qalıqlar yaranıb. Amma ümid edirəm ki, ilin sonuna qədər büdcəyə vəsait tam köçürüləcək”.

 

DİGƏR Xəbərlər Arxiv