YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Baş nazirinin müavini: Azərbaycanla fəal əməkdaşlıq edirik

Belarusun müxtəlif ölkələrdən olan ticari tərəfdaşlarının bu ölkədən alınan məhsulların keyfiyyətinə iradları yoxdur.

Belarus Baş nazirinin müavini Mixail Rusıy bu fikirləri “Belarus-1” kanalının “Qlavnıy efir” proqramında söyləyib.

Baş nazirin müavininin sözlərinə görə, Belarus dövləti 58 ölkə ilə ticarət edir və bu tərəfdaşların Belarusdan narazılığı yoxdur. Hazırda Azərbaycanla fəal əməkdaşlıq edilir. Yaxın vaxtlarda Bakıda səkkiz Belarus mağazası açılıb. Qısa müddətdə həmin mağazalara 1,5 milyon dollarlıq məhsul göndərilib. Gürcüstanın paytaxtında iki Belarus mağazası işləyir. Baş nazirin müavininin fikrincə, müəyyən xidmətlər arasında yaranan problemləri qısa müddətdə araşdırmaq və qaydaya salmaq lazımdır.

M.Rusıy daha sonra bildirib ki, Belarusun emal sənayesi hər bir investor üçün cəlbedicidir: emal zavodu tikmək müvafiq ferma tikintisinə sərmayə qoymaqdan qat-qat sərfəlidir, çünki həmin zavodun tikintisinə çəkilən xərc 3-4 ildən sonra ödəniləcək, ferma tikintisi üçün çəkilən xərcin isə tezliklə qaytarılacağını gözləməyə dəyməz.