YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Gələn ilin dövlət büdcəsi islahatların yeni mərhələsinin uğurla davam etməsində mühüm rol oynayacaq

«2017-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Bu fakt Azərbaycanın sosialyönümlü dövlət olduğunu bir daha təsdiqləyir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, gələn ilin dövlət büdcəsində sosial xərclər ümumi büdcə vəsaitlərinin 40,3 faizini təşkil edir. Onun sözlərinə görə, bu, cari illə müqayisədə 292,4 milyon manat və ya 4,6 faiz çoxdur.

«2017-ci ildə elm xərclərinə 118,5 milyon manat təhsil xərclərinə isə 1 milyard 733,4 milyon manat vəsait nəzərdə tutulur. Təbii ki, hər bir ölkənin gələcəyi elm və təhsilin inkişafı ilə bağlıdır. Bu baxımdan, Azərbaycanda bu sahələrin inkişafına xüsusi diqqət yetirilir. Bütövlükdə, gələn ilin dövlət büdcəsi dünyada baş verən qlobal proseslər fonunda dərin təhlil olunaraq hazırlanıb. Büdcə layihəsi hazırki reallıqları, yeni makroiqtisadi çağırışları özündə əks etdirir. Hesab edirəm ki, gələn ilin dövlət büdcəsi ölkəmizin qarşıya qoyduğu hədəflərə nail olunması və islahatların yeni mərhələsinin uğurla davam etməsində mühüm rol oynayacaq»- deyə, K.Əliyeva vurğulayıb.  

DİGƏR Xəbərlər Arxiv