YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsi potensialı çox yüksəkdir

«Strateji Yol Xəritəsində milli iqtisadiyyat və bir sıra sektorlar üzrə nəzərdə tutulan tədbirlər yaranmış yeni iqtisadi şəraitin gətirdiyi müəyyən çətinlikləri aradan qaldırmağa imkan verəcək». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, ölkəmizin başladığı yeni iqtisadi inkişaf modelinin spesifik cəhətləri var. Onun sözlərinə görə, yeni şəraitdə iqtisadi artımın alternativ mənbələri tapılmalıdır.

«Ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənən Strateji Yol Xəritəsi də məhz bu məqsədə xidmət edir.  Azərbaycan kiçik ölkədir. Əhalisi də 10 mln nəfərdir. 10 mln insanın tələbi üzərində böyük iqtisadiyyat qurmaq mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu vəziyyətdə iqtisadi artım və ÜDM-in artmasının ən etibarlı  mənbəyi yalnız və yalnız ixracyönümlü, o cümlədən birbaşa xarici investisiyalara əsaslanan özəl investisiyalı iqtisadiyyatın yaradılmasıdır. Yeni modelə əsaslanan iqtisadiyyatın qurulması  dayanıqlı iqtisadi artıma, dayanıqlı məşğulluğa, dayanıqlı büdcəyə və makroiqtisadi sabitliyə gətirib çıxaracaq. Bu modelin isə strukturu və hədəfləri artıq ölkə Prezidenti tərəfindən imzalanan sənədlərlə, o cümlədən yuxarıda bəhs olunan Fərmanla tam müəyyən olunub. Ölkə başçısının fərmanları uğurlu beynəlxalq təcrübəyə əsaslan yeni iqtisadi modelin – ixrac yönümlü özəl iqtisadiyyatın yaradılmasına tam şərait yaradır. Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsi potensialı çox yüksəkdir»- deyə, T.Mirkişili qeyd edib.