YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirir.

Bu tədbirlər çərçivəsində təşkilatın  üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı gənclərə  Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

YAP Gənclər Birliyinin üzvləri Ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılan stendlərə, fotosərgilərə tamaşa ediblər. Azərbaycan xalqının Ümummilli liderinin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan YAP gəncləri bir daha əmin olublar ki, Ulu öndər Heydər Əliyev bütün ömrü boyu Öz xalqı, dövləti və Vətəni üçün yorulmadan, qətiyyətlə çalışıb. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin əbədiyaşar liderliyi YAP GB üzvləri tərəfindən qürur və fərəh hissi ilə yad edilib. Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev daim gənc nəslin qəlbində yaşayacaq.

 

DİGƏR Partiya xəbərləri Arxiv