YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı məhv edilib

Ermənistan silahlı qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı (PUA) vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 12-də cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.