YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib

«Ulu öndər Heydər Əliyev nəhəng, uca və zəhmli şəxsiyyət idi. Lakin O, insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi, yaxşılığı yüksək qiymətləndirir və yadında saxlayırdı. Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi vardı, insanların qəlbinə yol tapırdı, xalqımız Ona böyük hörmət və məhəbbət bəsləyirdi. Heydər Əliyevin bir müraciəti kifayət idi ki,  heç bir təşkilatlanma olmadan insanlar qəlbinin hökmü ilə küçələrə çıxıb onun siyasətini müdafiə etsin». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib.

«Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib. 1990-cı illərin əvvəlində-tarixinin bu böhranlı məqamında da xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. İyunun 15-də Heydər Əliyev Ali Sovetə sədr seçildi və bu gün Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu.

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, ölkəmiz heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir. Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv