YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2020-ci ilədək Transxəzər marşrutu ilə yola salınan konteyner qatarlarının sayı 1000 vahidə çatacaq

2020-ci ilədək Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM) ilə yola salınan konteyner qatarlarının sayı 1000 vahidə çatacaq.

Bu barədə razılaşma Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu administrasiyaları rəhbərlərinin Bakıda keçirilmiş işgüzar görüşündə əldə edilib. Görüşdə TBNM üzrə yük axınlarının artırılması üçün çevik tarif siyasəti yürüdülməsi, Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında yükdaşımaların həcminin artırılması məsələləri müzakirə edilib. TBNM üzrə tranzitin artırılmasını təmin etmək üçün 2007-ci ildə tətbiq olunacaq kompleks tarif dərəcələri razılaşdırılıb.

“Azərbaycan dəmir yolları” qapalı səhmdar cəmiyyəti və “Қазақстан темір жолы” Milli Şirkəti” səhmdar cəmiyyəti arasında dəmir yol maşınqayırma sahəsində müştərək layihələrin həyata keçirilməsi üzrə Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Cari ildə Azərbaycan “Локомотив құрастыру зауыты” səhmdar cəmiyyətində istehsal edilmiş “Evolution seriyalı 10 ədəd yük teplovozu alıb. Gələn ildən etibarən Azərbaycan dəmir yoluna “Электровоз құрастыру зауыты” Məhdud Məsuliyyətli Ortaqlığında (MMO) istehsal edilmiş elektrovozlar daxil olacaq. 2019-cu ilə qədər 40 bu cür elektrovoz alınması planlaşdırılır.