YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə verməkdə davam edəcək

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı və qardaş Əfqanıstan xalqının dostu kimi 2016-cı ildən sonra da sülhməramlı hərbi birləşmə, çoxşaxəli nəqliyyat, təlim və maliyyə yardımını təmin etməklə Qətiyyətli Dəstək Missiyasına öz əhəmiyyətli töhfəsini verməkdə davam etmək işinə sadiq qalacaq.

Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasındakı çıxışında söyləyib.

Nazir deyib: “Azərbaycan bir neçə dəfə Əfqanıstan milli ordusunun Etimad Fonduna əhəmiyyətli miqdarda ianə edib. Götürdüyümüz öhdəliklərə uyğun olaraq bu fonda maliyyə dəstəyini davam etdirəcəyik. Bundan əlavə, Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra gücləndirilmiş davamlı tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tuturuq”.

E.Məmmədyarov qeyd edib ki, eyni zamanda, Azərbaycan ikitərəfli əməkdaşlıq, habelə müvafiq çoxtərəfli və regional formatlar vasitəsilə Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və praktik əməkdaşlığa sadiqdir. Bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə əsasən təhlükəsizlik sahəsində Əfqanıstana yardımı nəzərdə tutan ikitərəfli saziş təsdiq edilib və hazırda fəal şəkildə həyata keçirilməkdədir. Bundan başqa, Qətiyyətli Dəstək Missiyasının arzuedilən nəticələrinə uyğun olaraq, ikitərəfli əməkdaşlıq çərçivəsində əfqan müdavimlərinə Azərbaycan Respublikasının hərbi təhsil müəssisələrində təlim keçməyə hazırıq.

Nazir bildirib ki, bir neçə gün öncə Azərbaycan Asiyanın ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürüb. “Bu işdə biz bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağıq.

Biz regional və qlobal iqtisadiyyata inteqrasiya istiqamətində Əfqanıstanın islahatlar kursunu dəstəkləyirik. Yeni İpək Yolunun mühüm tərkib hissəsi olan Azərbaycan Əfqanıstanın davamlı gələcəyini dəstəkləmək məqsədilə bu ölkə və Avropanı birləşdirəcək. Əfqanıstan və ondan kənarda davamlı sülh və inkişafı təmin etməyə kömək edən Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycandakı yeni Ələt Dəniz Ticarət Limanı Asiyanı Avropaya daha da bağlayacaq”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.