YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Brüsselə səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi aparıblar.

Macarıstanın Bakıdakı səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi kimi fəaliyyət göstərəcək.