YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meksikanın Azərbaycandakı səfiri: Meksika ilə Azərbaycan arasında ticarət dövriyyəsi 22 milyon dollara çatıb

Azərbaycan ilə Meksika arasında ikitərəfli əlaqələr inkişaf edir. Bu il siyasi məsləhətləşmələr aparılıb və qarşılıqlı səfərlər təşkil olunub.

Bu fikirləri Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini jurnalistlərə açıqlamasında deyib.

“İki ölkə arasında idman, ticarət sahəsində də əlaqələr günü-gündən inkişaf etməkdədir. Ticarət dövriyyəmiz 2014-cü ildə 2 milyon dollar olub. 2015-ci ildə isə 22 milyon dollara çatıb. Ötən il Meksikadan Azərbaycana şəkər idxal olunub, bu il digər məhsulların da idxalı nəzərdə tutulur. Bu ilin ilk doqquz ayındakı göstəricilər ötən ilin nəticələrinə bərabərdir. Yəni ticarət dövriyyəsi stabildir”, - deyə diplomat bildirib.

Bundan başqa, iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə toxunan səfir qeyd edib ki, Meksika iş adamları Azərbaycanda otel biznesi və turizm sahəsində müəyyən layihələr həyata keçirmək niyyətindədir. Artıq üç həftədir ki, səfirliyin konsulluq şöbəsində Meksikaya səfər üçün turist vizalarının verildiyini bildirən səfir deyib: “Viza 6 aylıq müddətə, 36 dollara verilir. Meksikaya gedən Azərbaycan vətəndaşı bu ölkədə nə qədər qalacağı barədə yerli miqrasiya orqanını məlumatlandırmalıdır. Ötən il Meksikaya 150 Azərbaycan vətəndaşı səfər etmişdisə, bu il onların sayının 500-dək artacağını gözləyirik”

 

DİGƏR Xəbərlər Arxiv