YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Rusiyanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq

Noyabrın 30-da Moskvada MDB-nin iştirakçısı olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Z.Həsənovun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin Azərbaycanın və Rusiyanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.

Bundan başqa, Z.Həsənovun bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşləri də planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv