YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin gənclər və idman komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin gənclər və idman komitəsinin noyabrın 25-də keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Komitənin sədri Fuad Muradov bildirib ki, qanun layihəsində Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə komitələrin yaradılması nəzərdə tutulub. Bunlar terapevtik istifadəyə icazə, intizam və apelyasiya komitələridir. Komitələr müstəqil olacaq. Terapevtik istifadəyə icazə komitəsi bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. İntizam komitəsi isə antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək səlahiyyətinə malikdir.

Fuad Muradov qeyd edib ki, agentliyin tərkibində Müşahidə Şurasının yaradılması da nəzərdə tutulub. Həmin şuranın tərkibində Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi, məhkəmə hakimiyyətinin nümayəndəsi və baş direktor təmsil olunacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

DİGƏR Xəbərlər Arxiv