YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Prezidenti gələn həftə Azərbaycana gəlir

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend Belarus Prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Səfərin proqramına əsasən, Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur. Prezidentlər Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən, ticari-iqtisadi əməkdaşlıq, birgə layihələr üzrə iş, investisiyalar, aqrar-sənaye kompleksi, idman sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparacaqlar.

Görüşlərin yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.

A.Lukaşenkonun Baş nazir Artur Rasizadə ilə görüşü də planlaşdırılır.