YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Qanun Azərbaycan elminin inkişafına güclü təkan verir

«Elm haqqında» qanun elm sahəsinin inkişafına böyük töhfələr verməkdədir. Bu fikri Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan cəmiyyəti bu sənədi yüksək dəyərləndirir. Onun sözlərinə görə, bu qanun müasir dövrün tələblərinə uyğundur.

«Təbii ki, cəmiyyətimizin belə bir sənədi yüksək dəyərləndirməsi zəruridir. Çünki, elmi olmayan ölkənin gələcəyi yoxdur. Digər sahələrdə olduğu kimi elmin inkişafının da bütün məsələləri hüquqi müstəvidə həll olunmalıdır və bu qanunun qəbul edilməsi respublikamızın hüquqi dövlət quruculuğunda növbəti addımı kimi qiymətləndirilməlidir. Məlumdur ki, bütün inkişaf etmiş ölkələrdə dövlət büdcəsindən elmə və müdafiə xərclərinə daha çox vəsait ayrılır. Çünki hər bir sahənin inkişafı elmi əsaslara söykənməlidir. Məhz belə bir qanun da Azərbaycan elminin inkişafına güclü təkan verməklə onun müasir dünya elmində özünə layiqli yer tutmasına imkan yaradır»- deyə, G.Baxşəliyeva vurğulayıb.