YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Ukrayna Dəmir Yolları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda keçirilən “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” adlı biznes forum çərçivəsində Azərbaycan və Ukrayna Dəmir Yolları arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Ukrayna Dəmir Yolları” PSC-dən Marek Robert Zalesnıy imzalayıblar.

Biznes forumda, həmçinin daha beş memorandum imzalanıb. Bunlar “TransKonteyner” PSC və “Port Dalyan Ltd korporasiyası” arasında strateji əməkdaşlıq haqqında, “TransKonteyner” PSC və “Azərbaycan Dəmir Yolları” QSC arasında qarşılıqlı əməkdaşlıq haqqında, “Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC arasında əməkdaşlıq haqqında, “RJD Story” SC ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlıq haqqında, Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası və “RJD Logistika” SC arasında strateji tərəfdaşlıq barədə memorandumlardır.