YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abid Şərifov: Azərbaycanın nəqliyyat sektorunun inkişafına 25 milyard dollar investisiya qoyulub

Son illərdə Azərbaycanın nəqliyyat sektorunun inkişafına 25 milyard dollar investisiya qoyulub.

Bunu baş nazirin müavini Abid Şərifov bu gün Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes-forumunda deyib.

A.Şərifov bildirib ki, söhbət yeni beynəlxalq bərə keçidinin, Azərbaycanı qonşu dövlətlərlə birləşdirən yeni avtomobil yollarının tikintisindən, Azərbaycan və Gürcüstan arasındakı dəmir yolunun tam rekonstruksiyası və yenilənməsindən gedir.

Baş nazirin müavini qeyd edib ki, hazırda Azərbaycan-İran sərhədində, Astaraçay üzərindən körpünün tikintisi davam edir.

A.Şərifov əlavə edib ki, dövlət başçısının sərəncamı ilə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası yaradılacaq. Bu zonaya yeni beynəlxalq dəniz ticarət limanı da daxil olacaq.