YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçə bu ölkənin milli bayramı – Dövlətçilik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı əlaqələrin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.”