YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Hər il ölkəmizdə 50-dən çox dünya və qitə miqyaslı yarış təşkil olunur

«Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi ölkəmizdə ən mötəbər beynəlxalq yarışların, habelə Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkilinə imkan yaradır». Bu fikri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İ.İsmayılov bildirib ki,  hər il ölkəmizdə 50-dən çox dünya və qitə miqyaslı yarış təşkil olunur. Onun sözlərinə görə, belə yarışların keçirilməsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötəbər turnirlərə verdiyi yüksək qiymətin nəticəsidir.
«Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrdə də idman sürətlə inkişaf edir, ən müasir idman infrastrukturu yaradılıb. Müxtəlif səviyyəli yarışlarda uğur qazanan gənclərimizin əksəriyyəti respublikamızın bölgələrini təmsil edir. Əlamətdar haldır ki, bu gün ən ucqar bölgələrimizdə də mötəbər beynəlxalq yarışlar keçirilir. Naxçıvanda şahmat üzrə ənənəvi Qran-pri yarışının, Qəbələdə artıq dördüncü dəfədir təşkil olunan və Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılığın bütün növləri üzrə yarışların, gimnastika üzrə Qusarda, güləş üzrə İsmayıllıda turnirlərin keçirilməsi bu qəbildəndir. Həmçinin Gəncədə müxtəlif beynəlxalq yarışların təşkili regionlarda idmanın sürətli inkişafından xəbər verir»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv