YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanda YAP-dan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb

“YAP Azərbaycanda yeganə partiyadır ki, xalqın istəyi ilə yaranıb. Bu partiyadan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”.  

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov partiyanın yaranmasının 24 illiyi münasibəti ilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, buna səbəb ötən əsrin 90-cı illərinin əvvəlində xalqın düşdüyü bəladan çıxış yolu axtarması, tez-tez dəyişən iqtidardan nizamlı bir quruluşa keçid etmək cəhdi olub: “Xalqa xilaskar lazım idi və bu da ulu öndər Heydər Əliyev idi. Xalqa onu irəliyə apara biləcək siyasi təşkilat lazım idi ki, bu da ulu öndərin yaratdığı YAP oldu. Burada şəxsiyyət amili də əsas rol oynayırdı. Məhz bu partiyanın yaranması üçün xalq Heydər Əliyevə müraciət etdi. YAP yarandığı dövrdə xalqın ona göstərdiyi etimadı doğrulda bildi. 92-93-cü illərdəki vəziyyəti bugünkü yüksəklikdən baxıb təsəvvür etmək çətindir. O dövrdə hərc-mərcliyə son qoyulacağını, iqtisadiyyatda baş verən tənəzzülün qarşısını alıb islahatlara başlamağı, ermənilərin işğalının qarşısını alacağını, ayrı-ayrı silahlı dəstələrin fəaliyyətinə son qoyulacağını xalq məhz Heydər Əliyevin şəxsiyyəti ətrafında görürdü və seçimini də düz etdi. Xalq öz gücünü Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdirərək Azərbaycanın o zaman düşdüyü çətinlikdən çıxarmağı düzgün yol hesab edirdi”.

Əli Əhmədov bildirib ki, YAP-ı güclü partiyaya xalqın gücü və Heydər Əliyevin böyük şəxsiyyəti çevirib: “YAP yeganə partiya idi ki, yaranandan 6 ay sonra onun rəhbəri hakimiyyətə gəldi. Bu, xalqın istəyi idi. Məhz buna görə bir daha deyirəm ki, Azərbaycanda YAP-dan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”.