YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sudeyf İmamverdiyev: YAP üzvləri ölkəmizdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edirlər

«Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil.  Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də, əhali böyük şəhərlərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, professor Sudeyf İmamverdiyev deyib.

S.İmamverdiyev bildirib ki, bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də, Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir.

 «Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tiklib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin bəhrələridir. Xüsusi qeyd etmək istəyirəm ki, YAP üzvləri ölkəmizdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edirlər. Bu gün güclü dövlətik, gələcəyimiz də çox uğurlu görünür. Bir çox beynəlxalq təşkilatların böyük tədbirləri Azərbaycanda keçirilir, çünki ölkəmizə etibar edirlər. Həmçinin, xaricdən gələn qonaqlar ölkəmizdəki mühitə, inkişafa heyran qalırlar. Ona görə də, biz öz dövlətimizlə fəxr edirik və fəxr etməyimiz üçün ciddi əsaslarımız var»- deyə, S.İmamverdiyev qeyd edib.