YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin sonunadək daha 4 günəş elektrik stansiyası işə salınacaq

2014-cü ilin sonunadək Azərbaycanda daha 4 günəş elektrik stansiyası işə salınacaq.

Bu barədə məlumat iyulun 18-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Azərbaycan Prezidenti İlham Əliyev “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışındakı nitqindən irəli gələn vəzifələrin icrasına həsr olunmuş toplantıda səslənib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Agentliyinin sədri Akim Bədəlov Suraxanı Günəş Elektrik Stansiyasının ölkəmizin energetika sisteminə qoşulmasını Prezidentin tükənməyən enerji mənbələrindən-günəş və külək enerjisindən səmərəli istifadə edilməsi strategiyasının uğurla yerinə yetirilməsi istiqamətində növbəti mühüm addım kimi səciyyələndirib.

A.Bədəlov, həmçinin qeyd edib ki, dövlətimizin başçısı bu sahədə qarşıya bir sıra konkret vəzifələr qoyub və onların hamısının icrası vaxtında və yüksək keyfiyyətlə təmin ediləcək. Bunun üçün ölkəmizdə kifayət qədər kadr potensialı yetişib. Sumqayıtda ən müasir texnologiyalar əsasında günəş panelləri istehsal edən “Azgüntex” zavodu istifadəyə verilib, əlaqədar qurumlarla, xarici tərəfdaşlarla etibarlı əlaqələr qurulub.

Çıxış edən kollektiv üzvləri Prezidentlə səmimi görüşün onların qəlbində unudulmaz xatirəyə çevrildiyini bildirərək əmin ediblər ki, bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq vəzifəsini yerinə yetirmək üçün ilin sonunadək daha 4 stansiyanın istifadəyə verilməsi təmin olunacaq.