YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: YAP xalqımız, dövlətimiz üçün misilsiz xidmətlər göstərib

«Yeni Azərbaycanın Partiyasının yarandığı dövr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP xalqımız, dövlətimiz üçün  misilsiz xidmətlər göstərib. Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Ulu öndərin yolunu, siyasi xəttini sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdiyini xüsusi qeyd edən E. Nəsirovun sözlərinə görə, həmin siyasət çevik, hücum taktikasına söykənən balanslaşdırılmış siyasətdir.

«Bu siyasətin nəticəsində Azərbaycan daha da güclü və nüfuzlu dövlətə çevrilib. Ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu uğurlar silsiləsindəndir. Azərbaycan çox sürətlə inkişaf edir və beynəlxalq birlik bunu görərək dəyərləndirir. Bütün bunlarda hakim Yeni Azərbaycan Partiyasınım mühüm rolu, funksiyası vardır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində bu gün Azərbaycan çox böyük uğurlara imza atıb»- deyə, E.Nəsirov vurğulayıb.