YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatında YAP-ın yaradılmasının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbiri YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq bildirib ki, YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir, ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir: “Bununla yanaşı, partiya cəmiyyətimizin siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirir. Ulu öndərimizin çox müdrik sözləri ilə desək, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçərək milli siyasi iradəmizi və xalqımızın mənafeyini təmsil etməklə alternativsiz aparıcı siyasi qüvvəyə çevrilib. Azad, müstəqil, demokratik Azərbaycan bu gün də Ümummilli liderimizin qurub-yaratdığı, Onun müəyyən etdiyi strateji xətlə inamla irəli gedir”.

Daha sonra YAP Daşkəsən rayon təşkilatı sədrinin müavini Cavanşir Qocayev çıxış edərək deyib ki, yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənərək ümumxalq partiyasına çevrilib. 

Çıxış edən rayon İcra Hakimiyyəti ilk partiya təşkilatının sədri Malik Ələsgərov, YAP fəalları Səidə Hökmalıyeva, Rəna Aslanova, Firudin Həsənov, Samir Həsənov, Nüsrət Vəliyev partiyanın keçmişi və bu günü barədə söhbət açıb, YAP-ın cəmiyyətimizin inkişafına yönəlmiş çoxsaylı sosial layihələri reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini xüsusilə vurğulayıblar.