YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Özəl bölmənin inkişafına davamlı olaraq dəstək verilir

«Dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, həmin ölkələrin istehsalının əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan da məhz bu yolu tutaraq paytaxt Bakıda və respublikanın regionlarında özəl bölmənin inkişafına davamlı dəstək nümayiş etdirir. 

«Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Hazırda sahibkarlar aqrar sektorda qabaqcıl təcrübənin və intensiv metodların tətbiqində fəal şəkildə iştirak edirlər. Son vaxtlar respublika miqyasında sahibkarlıq subyektləri tərəfindən taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasında uğurlu nəticələr qazanılıb»- deyə, deputat qeyd edib.