YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Cəmiyyətimizdə hərbi vətənpərvərlik ruhu çox yüksəkdir

«Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə layiqli cavab verən Azərbaycan Ordusunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri vətənpərvərlik ruhudur». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətində məhz belə bir əhval-ruhiyyə mövcuddur.

«Bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir»- deyə, Z.Oruc qeyd edib.