YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sudeyf İmamverdiyev: Ötən 24 il ərzində partiyamız böyük inkişaf yolu keçib

«Yeni Azərbaycan Partiyasının yaranması prosesi vətəni xilas etmək düşüncəsinə bağlı olan ideya ətrafında formalaşmışdı. Yarandıqdan sonra güclü dövlət yaratmaq istiqamətində fəaliyyətini davam etdirdi. Ona görə də, partiyamızın fəaliyyəti əvəzolunmazdır». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, professor Sudeyf İmamverdiyev deyib.

S.İmamverdiyev bildirib ki, bu günlər respublikamızın hər yerində YAP-ın yaranmasının 24 illiyi qeyd olunur. Onun sözlərinə görə, ötən 24 il ərzində partiyamız böyük inkişaf yolu keçib.

«YAP öz ətrafında Heydər Əliyev ideyalarına bağlı olan yüzminlərlə insanı birləşdirib. YAP-ın veteran üzvü olaraq qürur duyuram ki, bu gün partiyamız sıralarında 700 min nəfərə yaxın insanı birləşdirir. Partiyamızda intellektual gənclərin axını artır, cəmiyyətin həyatında fəal iştirak edən qadınlar da YAP-ın sıralarına qoşulurlar. Bir sözlə, partiyamız bu gün mütəşəkkil siyasi qüvvədir. Eləcə də, YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır.  Partiyanın İcra Katibliyi uğurlu fəaliyyət göstərir, həmçinin yerli strukturlar da fədakarlıqla çalışırlar. Bu gün partiyamızın fəalları Azərbaycanın inkişafı prosesində yaxından iştirak edirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, partiyamız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını cəmiyyətdə geniş təbliğ edir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.