YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycan Qədim İpək Yolu nəqliyyat dəhlizinin mərkəzində dayanır

«Hər ölkənin inkişafında elə tarixi hadisələr olur ki, onlar əsrlər boyu fayda gətirir, gəlir mənbəyi olur, daimi iş yerlərinin yaradılmasına kömək edir, səmərəli inteqrasiya əlaqələrinin əsasını qoyur. Qədim İpək Yolu Azərbaycan üçün məhz belə amildir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Qərb və Şərq arasında əlverişli coğrafi mövqeyi nəzərə alaraq, Azərbaycan ərazisindən keçən tranzit yük daşınmaları dövlət xəzinəsinə əlavə vəsaitlərin daxil olması deməkdir. Onun sözlərinə görə, Qədim İpək Yolu nəqliyyat dəhlizində Azərbaycanın fəaliyyəti dövlətimizin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, onun iqtisadi qüdrətinin artırılması üçün çox vacib amildir.

«Qədim İpək Yolu nəqliyyat dəhlizinin mərkəzində Azərbaycan dayanır və bu ölkə çox mühüm geosiyasi və geoiqtisadi mövqe tutur. Şübhəsiz, Bakı Beynəlxalq Dəniz Limanının, donanmanın, Xəzər Dəniz Gəmiçiliyinin sahil obyektlərinin, Azərbaycan Dəmir Yollarının və Azərbaycan Hava Yollarının yeniləşdirilməsi, texniki təchizatın dünya standartlarına çatdırılması respublikamızın inkişafına çox güclü təkan verəcək. Bütün bunlar ölkəmizin iqtisadiyyatını şaxələndirməklə yanaşı, onun tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək»- deyə, komitə sədri vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv