YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Memar Zaha Hadid: Heydər Əliyev Mərkəzinin layihəsinə görə mükafat almaqdan çox məmnunam

İtaliyanın “Floor nature” saytında London Dizayn Muzeyi tərəfindən keçirilən müsabiqədə arxitektura üzrə 2014-cü ilin qalibinin Heydər Əliyev Mərkəzinin binasının seçilməsi ilə bağlı yazı yerləşdirilib.

Yazıda qeyd olunur ki, London Dizayn Muzeyi tərəfindən təsis olunan bu nüfuzlu mükafata dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında Bakıda inşa edilmiş tikilinin layiq görülməsi önəmli hadisədir. Müsabiqənin münsiflər heyəti Zaha Hadidin bu layihəsini müxtəlif kateqoriyalar üzrə yarışmaya təqdim olunan 70 layihə arasından seçiblər. Bu kateqoriyalar əsasən arxitektura, rəqəmsal aləm, mebel, qrafika, məhsul və nəqliyyat üzrə idi.

Məqalədə, həmçinin Zaha Hadidin bu fikirlərinə də yer verilib: “Bakı şəhərinin yeni görkəminə fərqlilik qatan Heydər Əliyev Mərkəzinin layihəsinə görə mükafat almaqdan çox məmnunam. Bu layihə şəhərdə yeni əlamətdar bir məkanın inşası ilə nəticələndi”.