YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyanın məşhur “Wallpaper” jurnalı Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni terminalın dizaynından yazıb

Böyük Britaniyanın məşhur “Wallpaper” memarlıq və dizayn jurnalı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı haqqında yazıb.

Nəşr yeni terminalın futuristik dizayna malik olduğunu, sərnişinlərin özlərini daha rahat hiss etmələri üçün interyerin VİP səviyyəsində qurulduğunu qeyd edir.

Terminalın türk dizayneri Seyxan Özdəmir nəşrə müsahibəsində bildirib ki, interyer qurularkən məqsəd o olub ki, hər bir sərnişin burada özünü VİP person kimi hiss etsin. Terminalda sərnişinlər üçün istirahət guşələri, spa-salonlar, uşaqlar üçün əyləncə otaqları yaradılıb. Bu otaqlar xalis ağacdan hazırlanıb və onların sferik formaları ümumi mühitlə harmoniya təşkil edir.