YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstanın Azərbaycandakı səfiri “Azərikimya” İstehsalat Birliyində olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyində Yunanıstan Respublika­sının ölkəmizdəki səfiri Dimitrios Tsounqas ilə görüş keçirilib.

Birliyin mətbuat xidmətindən bildirilib ki, qo­nağı səmimi salamlayan, Yunanıstanın Azərbaycan üçün iqtisadi tərəfdaş və dost ölkə olduğunu vurğulan “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənaye­sinin inki­şaf mərhələləri, “Azərikimya”nın bir çox istehsalat sahələrində aparılan yeniləşmə və bərpa iş­ləri barədə ətraflı məlumat verib. O, eyni zamanda, karba­mid zavodunun tikintisinin vəziyyəti və sənaye zona­sında yaradılan Sumqayıt Kimya Sənaye Parkı haqqında danışdı, iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində son vaxtlar atılan mühüm addımları diqqətə çatdırıb.

Səfir Dimitrios Tsounqas səmimi görüşə görə “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyinə minnət­darlığını bildirib. Diplomat Yunanıstan və Azərbaycan respublikaları arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan geniş söhbət açaraq, iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, turizm, nəqliyyat, gömrük və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yeni im­kanların yarandığını vurğulayıb.

Sonra qonaq “Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev guşəsini ziyarət edib, Sumqayıt şəhər stadionuna, “Kimyaçı” poliklinikasına, həmçinin Sumqayıt Təlim, Tədris Mərkəzinə baş çəkərək, şəhərin idman həyatı, kimyaçılara göstərilən tibbi xidmət və gənc ixtisaslı fəhlə kadrların hazırlanmasının vəziyyəti ilə tanış olub.

DİGƏR Xəbərlər Arxiv