YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Araz Əliyev: İstehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqət daha da artırılır

«Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, əhalinin sosial rifahı daha da yaxşılaşır». Bu fikri İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev deyib.

A.Əliyev bildirib ki, bu amillər əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır.  Onun fikrincə, bütün bunlar eyni zamanda, istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir.

Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, qeyd edib ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 43 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 5 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.