YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Xəbər Agentliklərinin V Konqresi işini sessiyalarla davam etdirir

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi noyabrın 17-də Heydər Əliyev Mərkəzində işini sessiyalarla davam etdirir.

Sessiyalarda “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Konqres çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq.

Dünya Xəbər Agentlikləri Konqresinin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

Bu gün, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 40-cı iclası da keçiriləcək.

 

DİGƏR Xəbərlər Arxiv