YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın “Washington Jewish Week” qəzetində Azərbaycan yəhudilərindən bəhs edən məqalə dərc olunub

ABŞ-ın “Washington Jewish Week” qəzetində Vaşinqtonda fəaliyyət göstərən “Qarabağ” Fondunun icraçı direktoru Diana Kohen Altmanın Azərbaycan yəhudilərindən bəhs edən məqaləsi dərc olunub.

Müəllif yazıda iki müxtəlif mədəniyyətin – Azərbaycan və yəhudi mədəniyyətlərinin eyni ərazidə yerləşdiyini bildirir. Azərbaycanın təbii ehtiyatlarla, xüsusilə neft və qazla zəngin olduğunu bildirən müəllif fərqli mədəniyyətlərin bu ərazidə sülh və sabitlik şəraitində mövcud olduğunu qeyd edir.
Yəhudilərin Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini yazan Diana Kohen Altman 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında da mühüm rol oynadıqlarını qeyd edir.

Yazıda deyilir: “1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri məhz İsrail oldu. Azərbaycan-İsrail strateji tərəfdaşlığı bu gün də hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır”.

Məqalədə Dağlıq Qarabağda gedən döyüşlərdə qəhrəmancasına həlak olan və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını alan Albert Aqarunov, Nobel mükafatının qalibi fizik Lev Landau kimi yəhudilər barədə də məlumat verilir.

DİGƏR Xəbərlər Arxiv