YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclası keçirilib

Noyabrın 16-da Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilib.

İnformşuranın sədri, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov Şuranın XXII iclasının Heydər Əliyev Mərkəzində keçirilməsi üçün yaradılan gözəl şəraitə və yüksək təşkilatçılığa görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a təşəkkürünü bildirib.

İclasın gündəliyində bir neçə layihə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin sərgisinin təşkili, 2017-ci ildə Soçidə Gənclərin və Tələbələrin Festivalının keçirilməsinə dəstək layihələri nəzərdə tutulur.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov dəvəti qəbul edib Azərbaycana gəldiklərinə görə iclasın iştirakçılarına təşəkkürünü bildirib. Baş direktor deyib: “MDB çərçivəsində informasiya sahəsində tərəfdaşlıq xalqlarımız arasında əlaqələrin inkişafında, dostluq münasibətlərinin möhkəmlənməsində, humanitar əməkdaşlıq sahəsində qarşıya qoyulmuş məsələlərin həllində aparıcı yerlərdən birini tutur”.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) regional nümayəndəliyinin direktor müavini Qotye Lefevr iclasda çıxış edərək BQXK-nın fəaliyyəti barədə məlumat verib, XX və XXI əsrlərin humanitar fəlakətlərindən bəhs edən fotosərginin təşkil olunması layihəsi haqqında danışıb.

Belarusun BELTA agentliyi baş direktorunun müavini Marta Çvey, MDB İcraiyyə Komitəsinin şöbə müdiri İqor Qriqoryev, Rusiyanın TASS agentliyinin bölmə müdiri Boris Qruşin MDB çərçivəsində informasiya sahəsində tərəfdaşlığın, təcrübə mübadiləsinin rolundan danışıb, həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.