Xəbərlər
Prezident İlham Əliyev Niderland Krallığının Baş naziri Mark Rütteyə başsağlığı göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderland Krallığının Baş naziri Mark Rütteyə, “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninin həlak olması ilə əlaqədar başsağlığı göndərdi.