Xəbərlər
Prezident İlham Əliyev Malayziyanın Baş naziri Dato’ Sri Mohd Nacibə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın Baş naziri Dato’ Sri Mohd Nacibə, “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verdi.
Başsağlığında deyilir: "Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".