YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: 139 illiyini qeyd etdiyimiz milli mətbuatımız böyük və şərəfli inkişaf yolu keçib

«Bu il 139 illiyini qeyd etdiyimiz milli mətbuatımız böyük və şərəfli inkişaf yolu keçib. Azərbaycan mətbuatı mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı ləyaqətlə yerinə yetirir». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının «Heydər Əliyev və Azərbaycan mətbuatı» mövzusunda keçirdiyi dəyirmi masada çıxışı zamanı deyib.

Ə.Amaşov bildirib ki, ölkəmizdə plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində aradan qaldırılıb. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan Mətbuat Şurasının sədri  xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən KİV nümayəndələri üçün yaşayış binası tikilib. Keçən il dövlətimizin başçısı Milli Mətbuat günündə binanın açılışını edib. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak edib.