YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təkcə enerji ilə zəngin bir ölkə deyil, bu diyar həm də qədim tarixə malikdir

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinin, Avropa enerji bazarında Azərbaycanın rolunun və ölkəmizlə bağlı müxtəlif məqamların təhlil olunduğu yazı yerləşdirilib.

Yazıda bildirilir ki, iyulun 13-dən 15-dək İtaliyada rəsmi səfərdə olan Prezident İlham Əliyev keçirdiyi görüşlərdə bir sıra məsələləri, o cümlədən enerji sahəsindəki son durumu, 10 milyard kubmetr Azərbaycan qazını Avropaya çatdıracaq TAP layihəsini və digər önəmli məqamları müzakirə etdi.

Müəllif yazır ki, enerji bazarındakı bugünkü reallığı nəzərə alsaq, Azərbaycan bu region üçün ən vacib tərəfdaşdır. Azərbaycan təkcə enerji ilə zəngin bir ölkə deyil, bu diyar həm də qədim tarixə malikdir. Bu ölkə uzun əsrlər böyük əzab-əziyyətlərə düçar olmuşdur. Azərbaycanın ən böyük problemi ərazisinin 20 faizinin işğalı və bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsidir.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin tarixi dəyərlərə verdiyi əhəmiyyətin göstəricisidir ki, İtaliyaya səfəri çərçivəsində Romada dünyanın ən önəmli arxeologiya komplekslərindən biri olan Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın göstərilməsi ilə bağlı sənəd imzalandı.

Yazıda, həmçinin dövlətimizin başçısının Roma şəhərinin meri İqnatsio Marino ilə görüşü çərçivəsində müzakirə olunan məsələlərlə bağlı da məlumat verilir.