YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəmaləddin Heydərov: Böyük regional layihələrin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərimizə böyük məsuliyyət düşür

Bu gün Azərbaycanda böyük regional layihələr reallaşdırılır. Onların təhlükəsizliyinin təmin olunması istiqamətində üzərimizə böyük məsuliyyət düşür. Bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in Akademiyasında məzunların buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun, Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyevin, FHN-in Akademiyasının rəisi, general-mayor Pənah Süleymanovun, akademiyanın şəxsi heyətinin, məzunların və onların valideynlərinin iştirak etdikləri mərasimin iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıbar.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova raport verib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov vətənpərvərliyi və Ali Baş Komandana sadiqliyi ilə seçilən FHN-in zabit heyətinə qəbul olunmaları münasibətilə kursantları təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, öz tövsiyələrini verib. Nazir deyib ki, 8 il əvvəl yaradılmış Azərbaycan FHN bu gün böyük imkanlara malikdir: "Hazırda 8 regional mərkəzin maddi-texniki bazası Bakıdakı kimidir və bizim bu gün istifadəmizdə olan maşınlar və texnikalar bütün hadisələri aradan qaldırmağa imkan verir. Əminəm ki, gələcəkdə siz əldə etdiyiniz təcrübə hesabına dövlət mülkiyyətinin və əhalinin təhlükəsizliyini təmin edəcəksiniz".

Tədbirdə çıxış edən FHN-in Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov bu xüsusi ali təhsil müəssisəsində kursantların yüksək səviyyədə təhsil almaları üçün yaradılmış şəraitdən danışıb.

P.Süleymanov 2008-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması barədə Sərəncamının ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O, bu il akademiyanın məzunu olan 95 nəfər kursanta gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra akademiyanı fərqlənmə diplomu ilə bitirmiş məzun Sənan Nəsirli çıxış edib

Mərasimdə məzunlara diplom və rütbələr verilib.

Akademiyanı "əla" qiymətlərlə bitirmiş məzun Həsən Nəsirov xatirə lövhəsini "Yaş kötüyü"nə vurub.

Sonda akademiyanın bayrağı məzunlar tərəfindən IV kurs kursant və müdavimlərinə təhvil verilib.

Kursantlar təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.

DİGƏR Xəbərlər Arxiv