YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Milli Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəddir

«1995-ci il noyabr ayının 12-də xalq referenduma gələrək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi». Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, ilk milli  Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəddir. Onun sözlərinə görə,  Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, Respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı.

«Ana Qanunda bütün demokratik prosedurlar və prinsiplər öz əksini tapmış, eləcə də, insan və vətəndaş hüquq və azadlıqları geniş surətdə təsbit edilmişdi (konstitusiyanın 48 maddəsi, yəni, üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdi). Hakimiyyət bölgüsünün (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) təsbit edilməsi isə hakimiyyətin effektivliyinin artırılmasına xüsusi şərait və zəmin yaradan hüquqi əsas idi. Qeyd etmək lazımdır ki, Konstitusiyada hakimiyyət bölgüsü prinsipinə dəqiq surətdə əməl edilməklə yanaşı, səlahiyyət bölgüsü də demokratik prinsiplər və meyarlar əsasında təsbit edilmişdi. Bütün bunların fonunda isə qeyd edə bilərik ki, bəhs edilən Ana Qanunun qəbul edilməsi ilə mərkəzi və yerli hakimiyyət orqanlarının təşkilinin hüquqi əsaslarının, onların səlahiyyətləri və qarşılıqlı münasibətlərinin, dövlətlə vətəndaş arasında simmetrik münasibətlərin əsaslarının müəyyənləşdirlməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji vəzifələrə nail olunması yönündə siyasi-hüquqi nöqteyi-nəzərdən əhəmiyyətli zəmin formalaşdırıldı. Nəzərə alsaq ki, konstitusiya demokratik siyasi sistemin ən mühüm siyasi-hüquqi təsisatlarından biridir, məhz bu zaman belə bir nəticəyə gələ bilərik ki, onun qəbul edilməsi milli dəyərlərə və maraqlara müvafiq surətdə həyata keçirilən demokratik transformasiyanı sürətləndirən və möhkəmləndirən fundamental faktor oldu»- deyə, F.İbrahimli vurğulayıb.