YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: Demokratik cəmiyyətin ən mühüm prinsiplərindən biri mətbuat, söz azadlığı, plüralizmdir

«Demokratik cəmiyyətin ən mühüm prinsiplərindən biri mətbuat, söz azadlığı, plüralizmdir. Bu istiqamətdə də prioritetləri düzgün müəyyənləşdirən Ulu öndər çox qətiyyətli, prinsipial addımlar atdı». Bu fikirləri «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının «Heydər Əliyev və Azərbaycan mətbuatı» mövzusunda keçirdiyi dəyirmi masada çıxışı zamanı deyib.

B.Sadıqov bildirib ki, Azərbaycan mətbuat tarixinin ilk müjdəçisi olan “Əkinçi” qəzeti hələ işıq üzü görməmişdən əvvəl onun senzurası yaradıldı. Onun sözlərinə görə, general-qubernator bu qəzetin senzurasını üzərinə götürdükdən sonra qəzetin nəşrinə icazə verildi.

«O vaxtdan ölkəmizdə qəzetlərə dövlət nəzarəti həmişə mövcud olub. Ulu öndər Heydər Əliyev 6 avqust 1998-ci ildə senzuranı ləğv edənə qədər. Müstəqil mətbuat yarandıqdan sonra onun problemləri də bəlli oldu. Ulu öndərin qətiyyəti və səyi nəticəsində o dövr üçün xarakterik olan iqtisadi böhranı aradan qaldırmaqla digər sahələrin də inikşafına təkan verildi. Cəmiyyətdə gedən bütün proseslər mətbuata da təsirini göstərirdi. Qəzetlərin maddi çətinliyi yarandığı dövrdə Ulu öndər Heydər Əliyev mətbuatın nəşriyyatlara olan borclarını dövlət büdcəsinin vəsaitləri hesabına ödədi. Beləliklə, daha bir xeyirxahlıq ənənəsinin əsasını qoydu. Yəni mətbuatın mənəvi intibahına nail olan Ümummilli lider Heydər Əliyev KİV-lərə dövlət dəstəyinin də ənənəsini yaratdı. Mətbuata göstərdiyi diqqət və qayğıya görə Ulu öndər “Jurnalistlərin dostu” elan edildi. Heydər Əliyev məktəbinin yetirməsi və Ulu öndərin davamçısı Prezident İlham Əliyev bu sahədə də çox uğurlu fəaliyyət göstərir. Yəni Azərbaycan mətbuatının müasir intibahı cənab İlham Əliyevin adı ilə bağlıdır»- deyə, B.Sadıqov qeyd edib.