YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paytaxtın Nərimanov rayonu dinamik inkişaf yolundadır

İyulun 18-də Nərimanov Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısı üzrə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi.

Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının ölkəmizin inkişafının təmin edildiyini, qarşıda duran bütün məsələlərin icra edildiyini diqqətə çatdıraraq ilin ikinci yarısında görüləcək işlərlə, qarşıda duran vəzifələrlə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirdi.

A.Fərzəliyev respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü vurğuladı. Bildirildi ki, 2014-cü ilin birinci yarısının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib. Bu müddətdə xidmətlər də daxil olmaqla 1 milyard 205,2 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artım əldə edilib, istehlakçılara 1 milyard 114,7 manatlıq sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,9 faiz təşkil edib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1890 daimi iş yerləri yaradılıb.

Əhalinin sağlamlığını daim diqqətdə saxlayan dövlətimizin başçısının tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinələrdən keçirilməsi Nərimanov rayonunda da uğurla aparılıb.

Tədbirdə Milli Məclisin deputatları Rasim Musabəyov və Adil Əliyev çıxış edərək rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirdilər və rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə etdilər.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş şəxslərə rayon icra Hakimiyyətinin mükafatları təqdim olundu.