YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: İsrail baş nazirinin səfəri iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək

İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Bu sözləri Trend-ə müsahibəsində İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, B.Netanyahu Bakıya bu ilin sonunadək gələcək. Amma səfərin dəqiq tarixi hələlik məlum deyil.

D.Stav bu səfəri tarixi hadisə adlandırıb. Səfir qeyd edib ki, B.Nitanyahu Azərbaycana 1997-ci ildə gəlmişdi və bu səfər bir neça saat davam etmişdi.