YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: “Sərhədsiz Reportyorlar” qərəzli və qeyri-obyektiv yanaşması ilə ölkəmizdə ictimai rəyə təsir edəcəyini düşünürsə, tamamilə yanılır

“Sərhədsiz Reportyorlar”, həqiqətən, qərəz və yalanda sərhəd tanımırlar. Bu təşkilat növbəti dəfə öz konkret maraqları və ona verilən sifariş əsasında Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı qərəzli dəyərləndirmələr aparıb, ölkəmizi son sıralarda göstərib”. Bu fikirləri yap.org.az saytına  “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, “Sərhədsiz Reportyorlar” təşkilatının hesabatında yer alan qərəzli məqamlar Azərbaycan gerçəkliyini ifadə etmir, çünki ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub.

H.Babaoğlu bildirib ki,  bu cür bəyanatlar Azərbaycanda söz və mətbuat azadlığının olduğuna heç bir şübhə yarada bilməz. “Ölkəmizdə intellektul-mədəni cəmiyyət formalaşıb. Hər hansı bir qeyri-hökumət təşkilatının manipulyasiya vasitəsilə Azərbaycanda ictimai rəyə təsir etməsi mümkün deyil. Bu baxımdan, “Sərhədsiz Reportyorlar” qərəzli və qeyri-obyektiv yanaşması ilə ölkəmizdə ictimai rəyə təsir edəcəyini düşünürsə, tamamilə yanılır. Digər tərəfdən, Azərbaycanın çox güclü media ordusu var və Azərbaycan mediası qlobal informasiya məkanında nə baş verdiyini - hansı transmilli medianın və ya qeyri-hökumət təşkilatının nəyə xidmət etdiyini dərk edir. Üstəlik, bu prosesləri obyektiv şəkildə Azərbaycan cəmiyyətinə “tərcümə edir”. Ona görə də “Sərhədsiz Reportyorlar” və digər bu kimi imperializmə xidmət edən “yumşaq güc” vahidləri düşünməsinlər ki, bu cür informasiyalarla hədəfə sərrast atəş aça bilirlər. Onların açdığı atəş “bumeranq” effekti ilə özlərinə dönür. Çünki atəşin kim tərəfindən nə məqsədlə açıldığı Azərbaycan ictimaiyyətinə bəllidir”,-deyə millət vəkili vurğulayıb.