YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Ölkəmizdə elm festivallarının keçirilməsi bir ənənəyə çevrilib

«Ölkəmizdə elm festivallarının keçirilməsi bir ənənəyə çevrilib». Bu fikri AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, oktyabrın 31-də öz işinə başlayan ikinci Azərbaycan Elm Festivalı ölkəmizin aparıcı elm və təhsil müəssislərində keçirilir. Onun sözlərinə görə, festivalın keçirilməsinin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etməkdir.

«Hazırda ölkəmizdə elmin inkişafına göstərilən diqqət nəticəsində bu sahə gündən-günə genişlənməkdədir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişaf etdirilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən olub. Hazırda Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq sahəyə göstərdiyi xüsusi diqqət və qayğı göz qabağındadır».

DİGƏR Xəbərlər Arxiv