YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR ilə Misirin Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR və Misirin Dövlət Neft Şirkəti (EGPC) Anlaşma Memorandumu imzalayıblar.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, noyabrın 2-də Misirdə səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu ölkənin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ilə görüşüb.

Görüşdə tərəflər SOCAR ilə EGPC arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıb.

Sonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən Anlaşma Memorandumu imzalanıb.