YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yanvar-sentyabr aylarında Gürcüstana 715,9 milyon kubmetr qaz ixrac edib

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Gürcüstana 715,9 milyon kubmetr təbii qaz ixrac edib.

Bu barədə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.

“Hesabat dövründə İrana 167,3 milyon kubmetr təbii qaz ixrac olunub. İran əldə etdiyi Azərbaycan qazının 15 faizini svop haqqı kimi götürür, qalan qaz həcmlərini isə öz ərazisi ilə qaz tələbatının ödənilməsi üçün Naxçıvan Muxtar Respublikasına göndərir”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.