YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Görülən işlər müvafiq dövlət strukturlarının, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətindədir

«Bütün dünyada, eləcə də Azərbaycanda gender məsələlərinin təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, erkən nikahlar, gender əsaslı zorakılıq və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir. Onun sözlərinə görə, həmişə olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər.

«Sevindirici haldır ki, dövlət və hakimiyyət orqanları qadın problemlərinə diqqəti gücləndirir. Bu sahədə görülən işlər müvafiq dövlət strukturlarının, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətindədir»- deyə, komitə sədri vurğulayıb.