YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilib

Oktyabrın 31-də Misirin Luksor şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyasında Azərbaycan Şuranın sədrliyinə namizədliyini təqdim edib. Aparılmış danışıqlar nəticəsində və üzv ölkələrin dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənib. Sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilib.

Azərbaycan adından sədr qismində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik müddətində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizmin inkişafı və insanların rifahına töhfə verildiyi, həmçinin 2017-ci ilin “İnkişaf naminə davamlı turizm beynəlxalq ili” olduğu nəzərə alınaraq bu istiqamətdə bütün təşəbbüslərin dəstəklənəcəyini bildirib.

Azərbaycanın Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilməsi Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış təşkilatı olan Ümumdünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv dövlətlərin Azərbaycana etibarının göstəricisidir.